Kateqoriyasız

Brown Universitetində silahlı hücum: 2 nəfər ölüb, 9 nəfər ağır yaralanıb

hajiinfo

Brown Universitetində silahlı hücum: 2 nəfər ölüb, 9 nəfər ağır yaralanıb

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən, “Ivy League” universitetlərindən biri olan Brown Universitetində silahlı hücum baş verib.

Hadisə dekabrın 13-də, imtahanlar davam etdiyi vaxt universitetin Barus və Holley mühəndislik binasında qeydə alınıb. Rəsmi məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, doqquz nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Providens şəhərinin meri bildirib ki, polis hazırda şübhəlinin axtarışını davam etdirir. İlkin təsvirə əsasən, hücumu qara geyimli bir kişi həyata keçirib.

Rəsmilər hələlik qurbanların kimliyi və onların tələbə olub-olmadığı barədə məlumat açıqlamayıb. Polis heç bir şübhəlinin saxlanılmadığını və istintaqın davam etdiyini təsdiqləyib.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha