Asiya Parlament Assambleyasında (APA) İsrail rejiminin İrana qarşı hücumlarını pisləyən qətnamə qəbul edilib
Asiya Parlament Assambleyasının (APA) Siyasi Daimi Komitəsi və Fələstin Komitəsinin iclasları müxtəlif ölkələrdən 15 parlament nümayəndə heyətinin iştirakı ilə Məşhəddə keçirilib və nəticədə İsrail rejimi və ABŞ-ın İran İslam Respublikasına qarşı hərbi hücumları pisləyən qətnamə qəbul edilib.
APA-nın Siyasi Daimi Komitəsinin iclasında “yaxşı idarəetmə”, “qanunun aliliyi və məhkəmə sisteminin gücləndirilməsi”, “parlament təcrübələrinin yaxşı nümunələri”, “dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın yaradılması”, “regionun rifahı naminə Asiya parlamentləri və hökumətləri arasında əməkdaşlıq”, “demokratiya yolu ilə harmonik inkişaf” və “çoxşaxəliliyin dəstəklənməsi və gücləndirilməsi üçün APA üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsi” kimi müxtəlif mövzularda 8 qətnamə layihəsi müzakirə olunaraq iştirakçı heyətlər tərəfindən qəbul edilib.
Həmin iclasda İran İslam Cümhuriyyətinin təqdim etdiyi, 2025-ci ilin iyun ayında İsrail rejimi və ABŞ-ın ölkə ərazisinə qarşı həyata keçirdiyi hərbi hücumları pisləyən qətnamə layihəsi müzakirəyə çıxarılıb və nəhayət, iştirak edən üzvlərin qəti dəstəyi ilə qəbul olunub.
Fərqli Baxış

