Kateqoriyasız

İsrail rejimi Avropa Birliyi komissarının Qəzzəyə girişinə mane oldu

hajiinfo

İsrail rejimi Avropa Birliyi komissarının Qəzzəyə girişinə mane oldu

İsrail, Avropa Birliyi komissarı Hacə Ləhibin Qəzzə zolağına girişini maneə törədərək, beynəlxalq təşkilatların bu böhranlı bölgəyə girişini məhdudlaşdırmaqla, yenidən öz cinayətlərinin sübutlarının üzə çıxmasının qarşısını aldı.

Misir səfəri zamanı Rəfah keçidindən Qəzzəyə girmək istəyən Ləhib bildirdi ki, Tel-Əviv onun sərhəddən keçmək tələbini rədd edib.

Rəfah sərhədində danışan Ləhib, İsrail rejiminin bu hərəkətindən məyus olduğunu ifadə edərək dedi: “Vəziyyəti yaxından görmək istəyirdim, amma İsrail mane oldu.”

O, humanitar böhrana da işarə edərək, 10 oktyabrda atəşkəs başladıqdan bəri 67-si uşaq olmaqla 347 Fələstinlinin öldürüldüyünü əlavə etdi.

Avropa Birliyi komissarı Qəzzənin vəziyyətini, o cümlədən kömək işçiləri daxil olmaqla minlərlə mülki şəxsin qəbiristanlığı kimi təsvir edərək, dünyanın ən təhlükəli yerlərindən birində insan həyatını xilas etməyə çalışarkən təxminən 600 kömək işçisinin öldürüldüyünü bildirdi.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha