Təbrizin Cümə İmamı: “Xalqın dini həssaslığı qırmızı xətdir, onu aşmayın”
Fərqli Baxışın verdiyi xəbərə görə, Təbrizin cümə imamı, Höccətül-islam Əhməd Motəhhəri Əsl mədəniyyət müəssisələrinə xəbərdarlıq edərək, dindar insanların narahatlıqlarını ciddi qəbul etməyi tələb etmişdir.
Cümə imamının bildirib ki, xalqın dini qeyrəti və həssaslığı nəzərə alınmalıdır. Motəhhəri Əsl həmçinin vəhdət və milli həmrəyliyin ölkənin ən mühüm ehtiyacı olduğunu vurğulamış, Prezidentə və hökumətə dəstəyin zəruri olduğunu qeyd etmişdir.
Höccətül-islam deputatlara Məclis (Parlament) Günündə istehsal və sərvət yaratmağı asanlaşdırmaq və nəzarəti dərinləşdirmək tövsiyə etmiş, Əlillər Gününü qeyd edərək həmin insanlara diqqət göstərilməsinin vacibliyini bildirmişdir.
Cümə imamı əlavə edib ki, İsrail rejiminin “Nildən Fərata qədər” xəyalları batildir və region xalqları bu rejim aradan qalxana qədər sakit olmayacaq.
Fərqli baxış

