İran

Nəcəfi: Qətnamələrlə “snapback” məğlubiyyətinizi kompensasiya edə bilməzsiniz

hajiinfo

Nəcəfi: Qətnamələrlə “snapback” məğlubiyyətinizi kompensasiya edə bilməzsiniz

İranın AİA yanında səfiri və daimi nümayəndəsi Hakimlər Şurasında qəbul edilən qətnamə barədə deyib: bu qətnamə ilə ABŞ və üç Avropa ölkəsi Nyu-Yorkda öz qanunsuz “snapback” addımlarının uğursuzluğunu kompensasiya edə bilməz.

Rza Nəcəfi əlavə edib: “ABŞ və üç Avropa ölkəsi yenidən açıq şəkildə İran üzərində həddindən artıq təzyiq yaratmaq və mövcud vəziyyət barədə tamamilə yanlış və çaşdırıcı bir narrativ formalaşdırmaq məqsədi ilə hazırlanmış bir qətnamə layihəsi təqdim ediblər. Bu qətnamənin təşəbbüskarları faktiki olaraq özlərini kar-korluğa vurublar; çünki nə Hakimlər Şurasının fövqəladə iclaslarında Agentliyin İranda nəzarət altında olan nüvə obyektlərinə edilən hücumlara istinad ediblər, nə də Agentliyin rəsmi hesabatının məzmununu görüblər. Həmin hesabatda 2025-ci ilin iyununda İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumlar açıq şəkildə qeyd olunub.”

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha