Kateqoriyasız

Qazaxıstan və Abraham Sazişləri: işğalçının qucağında “sülh” axtarışı

hajiinfo

Qazaxıstan və Abraham Sazişləri: işğalçının qucağında “sülh” axtarışı

Qazaxıstanın “Abraham Sazişi”nə qoşulub. Bu addım bir çoxlarının gözündə “diplomatik uğur” kimi təqdim olunur. Amma bu addımın arxasında gizlənən həqiqətlərə diqqətlə baxsaq, görərik ki, bu “uğur” deyil, əslində, müsəlman dünyasının daha bir zəncir halqası, başqa sözlə, sionizmin ideoloji və siyasi planına tabeçilik addımıdır.

Abraham Sazişi; sülh adı altında işğalın ağardılması

“Abraham Sazişi” anlayışı ilk dəfə Donald Tramp dövründə ortaya atıldı. Məqsəd İsrail ilə bir sıra ərəb və müsəlman ölkələri arasında münasibətləri qurmaq idi. Amma bu “əlaqə” kim üçündür?

Fələstin torpaqları hələ də işğal altındadır. Qəzzəda hər gün uşaqlar, qadınlar qətlə yetirilir, evlər yerlə-yeksan edilir. Regionda Fələstində törətdiyi cinayətlərlə kifayətlənməyən İsrail məntəqənin digər ölkələri Livan, Yəmən, Suriya və İraqda da terror və işğal aktlarını davam etdirir. Bu reallığın fonunda “sülh” adlanan sazişlərin məqsədi açıq-aydın görünür: İsrailin işğal planlarını legitimləşdirmək, sionist rejimin cinayətlərinə “diplomatik pərdə” çəkmək.

İsrail bu sazişlər vasitəsilə “biz düşmən deyilik” obrazı yaratmaq, özünü “tərəfdaş” kimi göstərmək istəyir. Əslində isə bu sənədlər sadəcə yeni növ kolonial alətdir, işğalın beynəlxalq dillə qanuniləşdirilməsi.

Qazaxıstan: Qərbin bir daha oyuncağı

Qazaxıstan bu sazişə qoşulmaqla nə qazandı? Əslində, heç nə. İllərdir Qazaxıstan hakimiyyəti “çoxvektorlu siyasət” şüarı altında həm Rusiya, həm Çin, həm də Qərblə balans yaratmağa çalışır. Amma “Abraham Sazişi”nə qoşulmaq artıq balans yox, yön dəyişdirməkdir. Bu Qazaxıstanın müsəlman kimliyinə, türk köklərinə və öz xalqının inancına zidd addımdır. Çünki bu saziş müsəlman dünyasının faciəsini unudaraq işğalçı əlini sıxmaqdır.

Əgər Qazaxıstan doğrudan da “barış” istəsəydi, özü kimi müsəlman Fələstinin azadlığına, zülmə məruz qalan insanların səsinə dəstək verərdi. Amma görünür, “barış” deyil, “ABŞ-ın xoşuna gəlmək” əsas hədəf olub.

İsrail: ABŞ-ın bazası, sionizmin qalası

İsrail əslində dövlət deyil. O, ABŞ-ın Qərbi Asiyadakı hərbi, iqtisadi və ideoloji bazasıdır. Vaşinqtonun dəstəyi olmadan İsrail bir gün belə ayaqda qala bilməz. ABŞ İsrailə milyardlarla dollar yardım edir, ona qarşı çıxan rejimləri sanksiyalarla cəzalandırır, BMT-də hər dəfə vetoları ilə onu qoruyur. Niyə? Çünki İsrail vasitəsilə bütün bölgəyə nəzarət mexanizmi qurulub. Bu mexanizmin bəzi istiqamətlərini bəyan edək;

Siyasi nəzarət: Müsəlman ölkələrin “daxili sabitlik” adı ilə nəzarət altında saxlanması;

Mədəni təsir: Fələstin faciəsinin “adi hadisə” kimi təqdim olunması;

İqtisadi maraq: enerji və daşınma marşrutları, karbohidrogen kəmər
xətləri üzərində nəzarət və s.

Abraham Sazişi də bu nəzarətin “yumşaq” formasıdır, sanki sülh və dialoq görüntüsü altında bölgənin ruhu əsarətə salınır.

Sionizmin dini manipulyasiyası

Sazişə “Abraham” adının verilməsi təsadüfi deyil. Onlar bu adla guya bütün İbrahim peyğəmbərə (ə) söykənən dinlərin – Yəhudiyyət, Məsihiyyət və İslamın ortaq köklərinə istinad edərək, bu geniş işğalı “müqəddəs bir ittifaq” kimi göstərmək istəyirlər., amma bu, bölgə xalqlarını və dünyanı dərin və planlı bir aldatmadır. Əslində, bu addım dinlərarası qardaşlıq yox, sionizmin dinlər üzərindən hegemonluq qurmaq cəhdidir. Bununla da peyğəmbərlərin mirası “kolonial, müstəmləkəçilik ideologiyasi” vasitəsilə aradan aparılır.

Əgər doğrudan da “Abraham” adını daşıyan bir saziş olmalıydısa, o işğalçının əlini sıxmaq üçün yox, bütün dinlərin sadiq nümayəndələrinin – müsəlman, xristian və yəhudilərin sionizm zülmünə qarşı birləşməsi üçün olardı.

Müsəlman dünyasının susqunluğu; vicdanın sükutu

Təəssüf ki, bir çox müsəlman ölkələri artıq Qərbin təsiri altındadır. Bəziləri iqtisadi asılılıqdan, bəziləri siyasi təzyiqlərdən danışır, amma az adam “vicdan təzyiqi”ndən danışır. Qazaxıstanın qərarı bu “vicdan təzyiqi”nə uduzmanın açıq göstəricisidir. Xalqın inancı ilə dövlətin diplomatiyası bir-birinə zidd vəziyyətə salınıb. Bu cür addımlar uzunmüddətli sükut deyil, gec-tez gələcək qəzəbin toxumlarını əkir.

Hər dəfə bir müsəlman ölkəsi işğalçı ilə dostluq elan etdikdə, öz xalqının qəlbində dərin bir yara açır, elə bir yara ki, hər an öz qaysağını qopararaq xalqın inancını ortaya qoya bilər.

İşğalçını “təmiz çıxartmaq”la azadlıq gəlmir

Qazaxıstanın “Abraham Sazişi”nə qoşulması nə sülh gətirəcək, nə də hörmət. Əksinə, bu addım onu öz ə xalqının gözündə “qərbin nökəri” obrazına salacaq.

Sionizm bu gün sülh, demokratiya və dinlərarası əməkdaşlıq pərdəsi altında bölgəni idarə edir. Amma heç bir saziş, heç bir PR kampaniyası İsrailin Qəzzədə, İordan çayının qərb sahilində, Livanda , Yəməndə, Suriyada törətdiyi cinayətləri yuya bilməz. Tarix buna şahiddir ki, heç zaman işğal üzərində sülh qurulmur. Sionizm üzərində qurulan hər ittifaq bir gün özü-özünü dağıdır. Qazaxıstanın bu addımı da nə qədər “rasional diplomatiya” kimi təqdim edilsə də, əslində bu mənəvi iflasın yeni mərhələsidir.

Fərqli baxış

Sakit Məna
Təhlil şöbəsi

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha