Avropa İttifaqı liderləri Rusiya aktivlərinin Ukraynaya “yardım” məqsədilə istifadəsinə dair qərarın qəbulunu təxirə salıblar. Bu barədə Bloomberg məlumat yayıb.
Mənbəyə görə, danışıqlar Belçikanın mövqeyi səbəbindən dalana dirənib. Brüsseldə Rusiya aktivlərinin əsas hissəsi saxlanıldığı üçün ölkə bu məsələdə təkbaşına böyük risklər daşımaq istəmir və risklərin “tam və qarşılıqlı” şəkildə bölüşdürülməsini tələb edir.
Ukrayna isə hazırda maliyyə böhranı ilə üzləşib — gələn il üçün dövlət büdcəsi faktiki olaraq formalaşmayıb.
Fərqli Baxış

