Fərqli Baxış vəkil Elmar Süleymanova istinadən xəbər verir ki, qanunvericilikdə aparılan sərtləşdirmələrə baxmayaraq, bir çox insanlar hələ də tütün məmulatlarının istifadəsinə qoyulan məhdudiyyətləri nəzərə almırlar.
Onun sözlərinə görə, yeni qaydalara əsasən cərimələr daha da ağırlaşdırılıb və ilk növbədə məsuliyyət işəgötürənlərin üzərinə düşür.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10-cu maddəsi işəgötürənlərə yalnız siqaret çəkməyi qadağan etməyi deyil, həm də bu qaydalara əməl olunmasını təmin etməyi öhdəlik kimi qoyur. Əgər əməkdaş ofisin girişində siqaret çəkirsə, bu artıq iki cərimə deməkdir: 30 manat — siqaret çəkən şəxs üçün və 400 manat — “Siqaret çəkmək qadağandır” lövhəsinin olmamasına görə vəzifəli şəxs üçün”, – deyə Süleymanov qeyd edib.
🚯 Hüquqşünasın sözlərinə görə, siqaret izmaritlərinin atılması da ayrıca qaydada cərimələnir:
▪️ İlk hal üçün — 300 manat,
▪️ İl ərzində təkrar pozuntuya görə — 700 manat.
Süleymanov bildirib ki, bu məhdudiyyətlər elektron siqaretlərə, kalyan və veyplərə də şamil olunur, çünki qanun onları tütün məmulatlarına bərabər tutur.
💨 “Buxar tüstü deyil, amma yoxlayıcı üçün fərqi yoxdur. Qeyri-qanuni yerdə veyp istifadəsinə görə eyni cərimələr tətbiq olunur,” – deyə vəkil əlavə edib.
⚠️ Ən ağır cəzalar isə qaydaların pozulmasının qarşısını almayan işəgötürənlərə tətbiq edilir:
▪️ 500 manat — vəzifəli şəxs üçün,
▪️ 2000 manat — hüquqi şəxs üçün.
Vəkil şirkətlərə sistemli yanaşma nümayiş etdirməyi tövsiyə edib. O bildirib ki, müəssisələrdə “Siqaret çəkmək qadağandır” nişanlarının yerləşdirilməsi, xüsusi siqaret çəkmə yerlərinin ayrılması və ya tam qadağanın tətbiqi, həmçinin əməkdaşların bu barədə təlimatlandırılması və imzalı şəkildə təsdiqlənməsi vacibdir.
Fərqli Baxış

