Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev yaxın günlərdə İrana səfər edəcək

hajiinfo

Azərbaycan Prezidenti İlham Əliyev yaxın günlərdə İrana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkianın siyasi müşaviri Mehdi Sənai Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib.

Sənai bildirib ki, iki ölkə arasında dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və birgə layihələrin daha sürətlə icrası üçün maneələr aradan qaldırılmalıdır.

O qeyd edib ki, Prezident Pezeşkianın Bakı səfərindən sonra münasibətlərdə ciddi irəliləyiş əldə olunub və qarşıdakı mərhələdə sərhədlərin açılması, məhbus mübadiləsi kimi məsələlərin icrası nəzərdə tutulur.

Müşavir vurğulayıb ki, yüksək səviyyəli səfərlər əlaqələrin inkişafında mühüm rol oynayır və tezliklə Prezident İlham Əliyevin Tehrana səfəri gözlənilir.

Xələf Xələfov isə bildirib ki, iki ölkə münasibətləri dərin tarixi və mədəni əsaslara söykənir, əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha