Fərqli Baxışın verdiyi xəbərə görə, Qərbi Azərbaycan üzrə Vəliyi Fəqihin nümayəndəsi və Urmiyanın imam cüməsi Hüccətülislam vəl-Müsəlmin Seyid Mehdi Qureyşi cümə namazı xütbələrində əsasən milli vəhdət və xarici sui-qəsdlərdən danışıb.
Hüccətülislam Qureyşi bildirib ki, müxtəlif etnik qrupların və məzhəblərin vəhdəti, ölkənin qüdrət və təhlükəsizliyinin qorunmasında ən mühüm amildir. Düşmənlər daima milli, etnik və məzhəb ixtilafları yaratmaqla İran millətinin birliyini zəiflətməyə çalışırlar.
Urmiyanın imam cüməsi insanları xarici sui-qəsd və düşmənçiliklərə qarşı birlikdə və həmrəy qalmağa, ölkəni və İslam Respublikası sistemini gücləndirmək yolunda addım atmağa çağırıb.
O, həmçinin, mədəni tənəzzülün və həyasızlığın yayılmasını şeytanın və İslam düşmənlərinin sui-qəsd cəhdləri olduğunu bildirərək, düşmənlərin media və mədəni vasitələrdən istifadə etməklə ailələrin təməllərini zəiflətməyə çalışdıqlarını vurğulayıb.
Fərqli baxış

