“The Telegraph” nəşrinin məlumatına görə, keçmiş modelin ifadələri ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların hazırladığı hesabata daxil edilib.
Beatris Köhl iddia edir ki, hadisə 1993-cü ildə Nyu-Yorkdakı məşhur “Plaza” hotelində baş verib.
Hesabatda bildirilir ki, qadın otağa daxil olarkən Trampın onu arxadan tutaraq zorladığını iddia edib. Sənəddə həmin vaxt qadının paltarının cırıldığı, bədəninin müxtəlif nahiyələrində göyərmələr, qançırlar və qanaxma izlərinin yarandığı qeyd olunur.
Köhl ifadəsində baş verdiyini iddia etdiyi hadisəni “qəddar zorlanma” kimi xarakterizə edib.
Keçmiş model ilk dəfə 2024-cü ilin oktyabrında Trampı 1993-cü ildə “Plaza” hotelində seksual qısnamada ittiham etmişdi. Lakin o zaman qadın hadisənin zorlanma həddinə çatmadığını bildirmişdi. İndi isə onun ifadələrində daha ağır ittihamlar yer alıb.
ABŞ-də respublikaçılar noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində ortaya çıxan ittihamları saxta adlandırıblar.

