Azərbaycan

“Şəhid Rəhbərin baxışında imperializmlə mübarizə” adlı beynəlxalq konfrans keçirilib

hajiinfo

“Şəhid Rəhbərin baxışında imperializmlə mübarizə” adlı beynəlxalq konfrans keçirilib

Müqəddəs Qum şəhərində Şəhid Rəhbərin Azərbaycan ofisi tərəfindən ustad və tələbələrin iştirakı ilə “Şəhid Rəhbərin baxışında imperializmlə mübarizə” adlı beynəlxalq konfrans keçirilib. Fərqli Baxış xəbər verir ki, 20 ölkədən ruhani, ustad və tələbənin iştirak etdiyi elmi konfrans müqəddəs Qum şəhərindəki Dünya Əhli-beyt (ə) Assambleyanın konfrans salonunda baş tutub.

Azərbaycanlı beynəlxaq qari Anar Məmmədovun tilavətindən sonra Şəhid Rəhbərin ofisinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Höccətülislam-vəlmuslimin Hacı Məhəmməd Baqir Saivər konfransı açaraq Şəhid Rəhbərin baxışlarında qlobal imperializmlə mübarizənin bir sıra istiqamətlərini açıqlayıb. Natiq qeyd edib ki, zülmə səbəb olan təkəbbür ruhi, imperializm isə əməli amildir.

Növbəti məruzəçi Qum Elmiyyə Hövzələrinin Beynəlxalq işlər üzrə prorektoru cənab Hüseyni Kuhsari imperiyalizmlə mübarizədə məqsədin yer üzündə İlahi hakimiyyət və Tovhidin bərqərar olmasının olduğunu vurğulayaraq, imperializmin İslam aləminə, xüsusən də İslam müqəddəsatının yerləşdiyi məntəqələrdə ABŞ-İsrail terror ittifaqının törətdiyi bəşəri cinayətlərə diqqət çəkib.

Daha sonra növbəti məruzəçi, Əl-Müstafa (s) Beynəlxalq Universitinin Beynəlxalq məsələlər üzrə prorektoru Höccətülislam-vəlmuslimin Qənbəri çıxış edərək İslam İnqilabının banisi İmam Xomeyni (rə) hərəkatını yad edib.

“Bu hərəkatın nəticəsində İslam aləmi bugünkü qüdrətə çatıb. Bu inqilab ağacı şəhid qanları ilə suvarıldı, Şəhid Rəhbərin qanı ilə isə hazırda bu inqilab zirvəyə ucalıb. Biz bu zirvədə dayanaraq dünya zalımlarına yuxarıdan aşağı baxırıq. Şəhid Rəhbər öz qanı ilə imperializmlə mübarizə yolunu bizim üçün daha da işıqlandırdı”,
– deyə çıxışı zamanı cənab Qənbəri vurğulayıb.

Başlıca məruzələr başa çatdıqdan sonra tədbirdə Azərbaycan, Hindistan, Pakistan, Rusiya və Afrikadan olan tələbələr çıxışlar edib.

Tədbirin sonunda Əhli-beyt (ə) məddahı İsfəndiyari nöhə və mərsiyyə söyləyib, Şəhid Rəhbər İmam Xamenei cənabları dərin hüznlə bir daha yad edilib.

Qeyd edək ki, konfransda edilən elmi çıxışlar redaksiyamız tərəfindən işlənərək azəri dilində tərcümə və dublyaj edilməkdədir. Sözügedən materiallar hazır olduqca, bu dəyərli çıxışlar izləyiclərin ixtiyarına veriləcəkdir.

Konfransdan hazırlanmış fotoları növbəti postlarda müşahidə edə bilərsiniz.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha