25 milyon dollar saxta videozənglə yoxa çıxdı
Ən qəribə fırıldaqlardan birində Honq-Konqda fəaliyyət göstərən çoxmillətli şirkət deepfake videozənglə aldadılıb. Cinayətkarlar şirkətin yüksək rəhbərlərinin üzünü və səsini təqlid edərək maliyyə bölməsinin əməkdaşını 15 ayrı köçürmə ilə təxminən 25 milyon dollar pul köçürməyə məcbur ediblər.
Sinqapurda da eyni üsul təkrarlanıb və təxminən 500 min dollar köçürülüb. İkinci köçürmə tələbi əməkdaşda şübhə yaradıb, nəticədə pulun bir hissəsi geri qaytarılıb.
Bu hadisələr göstərir ki, üz və səs artıq etibarlı şəxsiyyət təsdiqi sayılmır. Böyük şirkətlər çoxmərhələli təsdiqləmə sistemi qurmasa, fırıldaqçılar üçün asan hədəfə çevrilir.
Fərqli Baxış

