Azərbaycan

225 saylı məktəbdə şagirdlər jurnalistləri vəhşicəsinə döydülər ANBAAN VİDEO

admin info

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum edilib.

oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılıb. Hadisə ilə bağlı məlumat hazırlamaq üçün məktəbə yollanan telekanalın əməkdaşları hücuma məruz qalıblar.

Məlumata görə, məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Nəticədə REAL TV-nin operatoru və müxbiri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Jurnalistlər dərhal Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat veriblər. Hadisənin operativ şəkildə nəzarətə götürüldüyü bildirilir.

Qeyd olunub ki, mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Media nümayəndələri həmkarlarına qarşı törədilən hücumu qətiyyətlə pisləyiblər.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha