Kateqoriyasız

☀️🌍 Günəş alovlarının artması ilə bağlı xəbərdarlıq edilib

hajiinfo

☀️🌍 Günəş alovlarının artması ilə bağlı xəbərdarlıq edilib

🔎 Fərqli Baxış xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası bazar ertəsi, 29 sentyabr tarixində bir neçə güclü günəş alovunun baş verə biləcəyi və onların Yerə təsir göstərə biləcəyi barədə xəbərdarlıq yayıb.

Məlumatda bildirilib ki, günəşdə baş verən bu alovlanmalar nəticəsində plazma buludları Yerə doğru hərəkət edə bilər və bu, müxtəlif təhlükələrə yol aça bilər.

Moskva Geofizika İnstitutu son iki gündə bir neçə güclü günəş alovu qeydə alındığını açıqlayıb. Sonuncu hadisə 28 sentyabr bazar günü saat 11:40-da müşahidə olunub və M6.4 kateqoriyasına aid edilib.

Günəş alovları intensivliyinə görə A, B, C, M və X kateqoriyalarına bölünür. Onların yaratdığı maqnit qasırğaları Yer kürəsində enerji sistemlərində nasazlıqlara, rabitə və naviqasiya sistemlərində problemlərə, həmçinin quşların və heyvanların miqrasiya yollarına təsir edə bilər.

@ferqlibaxish

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha