Kateqoriyasız

3 oktyabr – 10 Rəbius-sani Həzrət Fatimeyi Məsumənin (sə) vəfatı

hajiinfo

3 oktyabr – 10 Rəbius-sani

Həzrət Fatimeyi Məsumənin (sə) vəfatı

🕊Həzrət Fatimeyi Məsumə, adı Fatimə binti Musa ibn Cəfər (ə), Hicri 173-cü il Zilqədə ayının 1-i Mədinə şəhərində anadan olmuşdur.

Atası: Yeddinci İmam, İmam Musa Kazım (ə)
Anası: Nəcmə Xatun
Ləqəbləri: Məsumə, Tahirə, Həmidə, Rəziyyə, Uxtur-Rza (İmam Rzanın bacısı)
Vəfatı: Hicri 201-ci il, Rəbius-sani ayının 10-u, Qum şəhəri
Məzarı: Müqəddəs Qum şəhəri

O, qardaşı İmam Rzanın (ə) Xorasana sürgün edilməsindən sonra onu ziyarət etmək üçün yola düşmüş, lakin Savə şəhərinə çatdıqda xəstələnmiş və daha sonra Qum şəhərinə gəlmişdir.

Xanım Məsumənin ən böyük fəzilətlərindən biri İmamətə bağlılığıdır. O, Xorasana tərəf yola düşərkən sadəcə qardaşının deyil, imamının ardınca yola düşmüş və bu yolda son nəfəsini vermişdir.

9-cu imam Həzrət Məhəmməd Təqi (İmam Cavad) Həzrət Məsumənin ziyarəti haqda buyurur:
“Kim bibim Fatiməni Qumda ziyarət edərsə, onun yeri cənnətdir” (mənbə: Kamiluz-ziyarat kitabı).

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha