Politico-nun məlumatına görə, Almaniya, Fransa və İtaliya G7 maliyyə nazirlərinin onlayn görüşündə Yaponiya və ABŞ-a müraciət edərək, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün istifadəsini dəstəkləyiblər.
🌍 Bu təşəbbüsün bütün G7 ölkələri tərəfindən koordinasiyalı şəkildə həyata keçirilməsi təklif olunur.
Bununla belə, Avropa Mərkəzi Bankı ehtiyatlı mövqe sərgiləyərək xəbərdarlıq edib ki, belə bir addım avroya beynəlxalq inamı zəiflədə bilər.

