Azərbaycan

“Apple” xidmətləri çökdü

admin info

Dünyanın müxtəlif ölkələrində istifadəçilər “Apple” şirkətinin xidmət və tətbiqlərinin işində fasilələrlə üzləşiblər.

problemlərlə bağlı çoxsaylı şikayətlər saat 21:00-dan etibarən daxil olmağa başlayıb.

Bəzi “iPhone” istifadəçiləri tətbiqləri yükləyə bilmədiklərini bildiriblər. Yükləmə cəhdi zamanı ekranda serverlə əlaqənin qurulmadığı barədə bildiriş görünür.

Digər istifadəçilər isə yeni cihazları aktivləşdirməkdə və şəxsi hesablarına daxil olmaqda çətinlik çəkdiklərini qeyd ediblər.

Problemlərlə bağlı dünyanın müxtəlif ölkələrindən şikayətlər daxil olur. İstifadəçilər “Apple Pay” və “iCloud” xidmətlərinin işində də nasazlıqlar yarandığını bildirirlər.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha