dünya

Azərbaycan millisi Lixtenşteynə səfərdə qalib gəldi

admin info

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 0:1.

 

 

Görüşün 26-cı dəqiqəsində Mahir Emreli fərqlənib.

Xatırladaq ki, Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pillədə başa vurub. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Noyabrın 16-da qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

UEFA Millətlər Liqasının Lixtenşteyn – Azərbaycan oyununda hesab açılıb.

Oxu.Az xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçında ilk qolu Azərbaycan millisinin futbolçusu vurub.

Görüşün 26-cı dəqiqəsində Mahir Emreli fərqlənərək komandamızı hesabda önə keçirib.

 

Azərbaycan – Lixtenşteyn matçında start fiti səslənib.

Oxu.Az xəbər verir ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunun oyunu Vaduts şəhərindəki “Rheinpark” stadionunda başlayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi hazırda səfərdə Lixtenşteyn yığması ilə qarşılaşır.

Azərbaycan və Lixtenşteyn milli komandalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

Lixtenşteyn: 1. Benjamin Büxel (k), 5. Severin Şlegel, 3. Maks Heppel, 23. Yens Hofer, 10. Marsel Büxel, 19. Emanuel Tsünd, 20. Alessio Hasler, 7. Fabio Luke-Notaro, 8. Aron Zele, 14. Livio Mayer, 11. Alessandro Lo Russo.

Ehtiyat oyunçular: 12. Castin Ospelt, 21. Tim-Tiado Oeri, 2. Niklas Bek, 4. Filip Ospelt, 6. Andreas Malin, 9. Ferhat Sağlam, 13. Yonas Abidi, 15. Andrin Netzer, 16. Bruno Poytner, 17. Liam Kranz, 18. Manuel Mikus, 22. Florian Allqoyer.

Azərbaycan: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 2. Rəhman Daşdəmirov, 21. Qismət Əliyev, 3. Rüfət Abbasov, 6. Abdulla Xaybulayev, 18. Oruc Məmmədov, 20. Aleksey İsayev, 7. Toral Bayramov, 10. Mahir Emreli.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Aydın Bayramov, 8. Emin Mahmudov, 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Badalov, 16. Emil Mustafayev, 17. Tellur Mütəllimov, 19. Rüfət Abdullazadə, 22. Ağadadaş Salyanski.

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Oyun Vaduts şəhərindəki “Rheinpark” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matçı FIFA referisi, estoniyalı Kristo Tohver idarə edəcək.

UEFA Millətlər Liqası

D Liqası, II qrup

23:45, Lixtenşteyn – Azərbaycan.

Xatırladaq ki, millimiz üç turdan sonra beş xalla D Liqasının II qrupunda liderdir.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha