Azərbaycan

Azərbaycan milli futbol komandası Vyetnama məğlub olub.

admin info

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi (U-15) FIFA U-15 Dünya Çempionatı və Festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.

baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsini 6:0, Andorra komandasını 1:0, İsrail yığmasını isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, komanda qrup mərhələsini 9 xalla üçüncü pillədə tamamlayıb.

Azərbaycan millisi C Divizionunda (81-96-cı yerlər uğrunda mübarizədə) daha əvvəl Çili yığmasına 1:3 hesabı ilə məğlub olub. Daha sonra Cəbəllütariq seçməsini 5:1, Mozambik yığmasını isə 4:1 hesabı ilə üstələyib.

Azərbaycanın U-15 millisi FIFA U-15 dünya çempionatı və festivalında növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni davam etdirir.

Famil Xəlilovun rəhbərlik etdiyi komanda bu gün Mozambik yığması ilə qarşılaşıb. Görüş millimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan seçməsi növbəti mərhələdə Vyetnamla üz-üzə gələcək. Asiya təmsilçisi əvvəlki görüşdə Kubanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatında dünyanın 189 ölkəsindən üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-dək davam edəcək turnir Hövsan Yarış Kompleksində keçirilir. Çempionatın final görüşü isə Bakı Kristal Zalında təşkil olunacaq.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha