Azərbaycan

Dəyanət Çələbi aclıq aksiyasına başlayacağını deyir

admin info

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbi oktyabrın 26-dan aclıq aksiyasına başlayacağını bildirib.

“Azadlıq” qəzetinin məlumatına görə, o, bu addımı hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində yol verildiyini iddia etdiyi qanunsuzluqlara etiraz olaraq atır.

Çələbi bildirib ki, müdafiə tərəfinin hüquqi əsaslandırmalarına baxmayaraq, vəsatətləri təmin olunmur və məhkəmə heç bir dəlil olmadan onun barəsində hökm çıxarmağa hazırlaşır.

Dəyanət Çələbi məhkəmə proseslərinin birində ittihamları qəbul etmədiyini də bildirib:

“Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir. Belə bir işi düzüb-qoşub məhkəməyə göndərmək tək məni şərləmək deyil, məhkəməyə, hakimlərə qarşı da hörmətsizlikdir”.

Sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınan Dəyanət Çələbi ötən il dekabrın 22-də həbs olunub.

O, həbsindən bir gün əvvəl “Facebook” hesabında bu statusu paylaşıb:

“Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha