Sionist rejiminin 120 terabayt həyati maliyyə və müdafiə məlumatı məhv edildi
Kiber Dəstək Cəbhəsi bəyanatında işğalçı Qüds rejiminin maliyyə sisteminə qarşı geniş və uğurlu əməliyyatından xəbər verərək, bu rejimin bir neçə əsas maliyyə və mühasibat qurumlarına nüfuz edərək onun iqtisadi və vergi infrastrukturuna bərpaolunmaz zərbə vurduğunu bildirib.
Yerli alətlər və cəbhəyə yeni qoşulmuş əsgərlərin imkanları ilə həyata keçirilən bu əməliyyat, sionist rejiminin üç mühüm maliyyə qurumunu hədəfə alıb: Ədliyyə, Maliyyə, İqtisadiyyat və Enerji Nazirlikləri, həmçinin Rafael, Elbit Systems və İsrail Aerokosmik Sənayesi kimi müdafiə sənayesi ilə geniş əlaqələri olan “Oren Levi” Mühasibatlıq və Audit Şirkəti (rəhbəri Müdafiə Nazirliyinin baş müşaviri və bu rejimin ehtiyat bölmələrinin auditinə cavabdehdir); Hodd Haşaronda “Finko” Maliyyə və Vergi Məsləhət Şirkəti; Təl-Əvivdə “Milikovski Məsləhət və İnvestisiya” Şirkəti.
Kiber Dəstək Cəbhəsi vurğulayıb ki, bu şirkətlərin informasiya sistemlərinə nüfuz edərək təxminən 120 terabayt həssas məlumatı məhv etməklə yanaşı, onların ehtiyat nüsxələrini də tamamilə silmiş və nəticədə bu qurumların bütün maliyyə infrastrukturu, rabitə kompüterləri və serverləri sıradan çıxmışdır.
Bu məlumata görə, bu hərəkət rejimin vergi və iqtisadi işlərində geniş pozulmalara səbəb olmuş və bu şirkətlərin bir çox müştərilərini çaşqınlıq içində qoymuşdur. Kiber Cəbhə son olaraq bu qurumların rəsmilərinə istehza ilə məlumatların bərpası cəhdlərinin faydasız olduğunu tövsiyə edib, çünki bütün ehtiyat nüsxələr də məhv edilmişdir.
Fərqli baxış

