İran

İran Səudiyyənin futbol layihəsini çökdürdü!

hajiinfo

İran Səudiyyənin futbol layihəsini çökdürdü!

Səudiyyə Ərəbistanı son 3 ildə futbola 3 milyard dollardan çox vəsait xərcləyərək Asiyanın ən bahalı liqası kimi tanınıb.

Bundan əvvəl Səudiyyə liqasında məşhur xarici futbolçuların transfer büdcəsinin azaldılması ilə bağlı xəbərlər yayılmışdı. Səbəb kimi isə ölkənin 4 böyük klubunun gəlirsizlik və zərər problemi göstərilirdi.

İndi isə “L’Équipe” nəşri yazır ki, İranla müharibə ilə bağlı geosiyasi böhran səbəbilə Səudiyyə Ərəbistanında futbola ayrılan büdcə ciddi şəkildə azaldılacaq.

Fransız mediası qeyd edib: indiyə qədər Səudiyyə liqasına transfer olub böyük pullar qazanmayan futbolçular üçün artıq belə imkan əvvəlki kimi olmayacaq. Çünki bu vəsaitlərin böyük hissəsi ölkənin təhlükəsizlik məsələlərinə yönəldiləcək.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha