İran

Pezeşkian: Ölkədə heç bir qərar Ali Rəhbərin icazəsi olmadan qəbul edilməyəcək

hajiinfo

Pezeşkian: Ölkədə heç bir qərar Ali Rəhbərin icazəsi olmadan qəbul edilməyəcək

Dr. Pezeşkian İİR radio və televiziya təşkilatının rəhbərləri ilə görüşdə:

“Bu gün milli media milli birlik və həmrəyliyin carçısı olmalıdır.

Cəmiyyətdə parçalanmaya səbəb olan hər söz, analiz və ya mövqe əslində düşmənin zərərinə işləyir.

Ölkədə heç bir qərar Ali Milli Təhlükəsizlik Şurasının çərçivəsindən kənarda və Ali Rəhbərin icazəsi olmadan qəbul edilməyəcək.

Ölkənin idarə olunması vahid qərar və kollektiv tabeçilik tələb edir.”

İran Prezidenti son müharibənin işıqlandırılmasında milli medianın rolunu yüksək qiymətləndirərək milli birlik və həmrəyliyin ən vacib məsələ olduğunu bildirib və media qurumundan sosial həmrəyliyin gücləndirilməsi, sistemin əsas qərarlarının dəstəklənməsi və ictimai etimadın artırılması istiqamətində daha aktiv rol oynamağı istəyib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha