Azərbaycan

Mədinətul Elm Virtual İslam Universiteti “MƏHDƏVİYYƏT DƏRSLƏRİ”ni təqdim edir

hajiinfo

Mədinətul Elm Virtual İslam Universiteti “MƏHDƏVİYYƏT DƏRSLƏRİ”ni təqdim edir

Fərqli Baxış virtualu universitetə istinadən xəbər verir ki, bu məqsədlə kişilər və xanımlar üçün ayrı-ayrı dərs qrupları təşkil olunur. Nəzərdə tutulan ustadlar kişilər üçün Hacı Firuz Yaşaroğlu, xanımlar üçün Zəhra Əliyevadır.

Həftədə 2 dəfə olmaqla, 30 gün davam edəcək dərslər qeydiyyat bitdikdən sonra başlayacaqdır. Dərslərin gün və saatları qeydiyyat tamamlandıqdan sonra elan olunacaqdır. Bu imkan Məhdəviyyət mövzusunu daha dərindən və sistemli şəkildə öyrənmək istəyənlər üçün gözəl fürsət kimi qiymətləndirilir.

Universitet, tələbələrin həvəsləndirilməsi üçün hədiyyəli müsabiqə keçrir. Dərslər yekunlaşdıqdan sonra kitab əsasında müsabiqə keçiriləcəkdir. I, II və III yerlərin qaliblərinə dəyərli hədiyyələr təqdim olunacaqdır.

Oxumaq istəyən tələbələr qeydiyyat üçün aşağıdakı WhatsApp nömrələri ilə qeydiyyatdan keçə bilərlər:
Kişilər: +7 979 054-78-47
Xanımlar: +994 70 879 09 61

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha