Kateqoriyasız

Trampın siyasi müttəfiqlərinə təzminat planı

hajiinfo

Trampın siyasi müttəfiqlərinə təzminat planı

ABŞ prezidenti Donald Tramp təxminən 1,8 milyard dollar dəyərində xüsusi fond yaratmaq planını nəzərdən keçirir. Bu fondun Bayden dövründə Ədliyyə Nazirliyi və Vergi Xidməti tərəfindən araşdırmaya məruz qalan siyasi müttəfiqlərə, tərəfdarlara və şəxslərə təzminat ödəməsi nəzərdə tutulur.

1,776 milyard dollar olaraq müəyyən edilən məbləğin ABŞ-ın müstəqillik ilinə işarə etdiyi bildirilir. Tənqidçilər isə bu layihəni vergi ödəyicilərinin vəsaiti hesabına yaradılacaq “siyasi qara fond” adlandırırlar. İnsanlar yenə də siyasətçilərin dram serialına sponsor olur. Tarix boyu dəyişməyən janr.

Fondun məqsədi Trampın “Bayden hökumətində məhkəmə sisteminin siyasi istifadəsinin qurbanları” adlandırdığı şəxslərin zərərlərini qarşılamaqdır.

Demokratlar bu planı “ictimai büdcədən siyasi ödəniş” kimi qiymətləndirir və Trampın dövlət resurslarından yaxın çevrəsinə və tərəfdarlarına mükafat vermək üçün istifadə etdiyini bildirirlər. Trampın özü isə bu fonddan şəxsi fayda əldə etməyəcəyini deyir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha