İlin yarısına çatmadan İsrail ordusunun büdcəsi tükəndi
İsrail ordusunun həm insan resursları, həm də hərbi büdcə vəziyyəti gündən-günə ağırlaşır. Buna baxmayaraq, sionist rəsmilər müharibənin davam etdirilməsində israr edirlər.
Sionist “Israel Hayom” qəzeti bu gün yayımladığı hesabatda rejim ordusunun ağır iqtisadi və kadr böhranını sərt şəkildə tənqid edib.
Qəzet yazır ki, “2026-cı ilin hələ yarısına çatmamışıq, amma İsrail ordusunun 111 milyard şekellik büdcəsi artıq bitib”.
Məlumata görə, büdcənin tükənməsi nəticəsində zədələnmiş onlarla İsrail tankı təmir olunmayacaq, həmçinin təlimlərə, əməliyyat imkanlarına və müdafiə mövqelərinin qurulmasına ciddi zərbə dəyəcək.
Fərqli baxış

