Həzrət Zeynəb (sə) həyətinin ziyarət bölməsi bu payız tamamlanır
Fərqli baxış xəbər verir ki, Müqəddəs ziyarətgahların genişləndirilməsi və yenidən qurulması layihələri çərçivəsində İmam Hüseyn (ə) hərəminin daxilində Həzrət Zeynəb (sə) həyətinin ziyarət bölməsi bu payız Kərbəla şəhərində istifadəyə verilməsi planlaşdırılır.


Müqəddəs ziyarətgahların inkişafı və yenidənqurma şurasının rəsmisinə görə, layihə İran və İraq mühəndis və ustalarının iştirakı ilə, xeyriyyəçilərin dəstəyi ilə, müharibə şəraitinə baxmayaraq fasiləsiz davam etdirilir.


Həzrət Zeynəb (sə) həyəti 4 geniş zal və təxminən 250 keçid sahəsindən ibarətdir və İran–İslam memarlığı üslubunda dizayn olunub.


Layihə çərçivəsində 30 min kvadratmetrdən çox kafel və 12 min kvadratmetr daş işləri aparılır ki, bu da zəvvarların rahatlığını artırmaq və ziyarət üçün daha geniş və mənəvi mühit yaratmaq məqsədi daşıyır.
Fərqli baxış

