Kateqoriyasız

İzzəddin əl-Qəssam: “Fələstin gəncləri Qərb Sahilində ayağa qalxsın”

hajiinfo

İzzəddin əl-Qəssam: “Fələstin gəncləri Qərb Sahilində ayağa qalxsın”

Fərqli baxış xəbər verir ki, İzzəddin əl-Qəssamın sözçüsü son iki fədai əməliyyatını tərifləyərək işğalçılara qarşı əməliyyatların artırılmasına çağırıb.

Əbu Ubeydə bəyanatında bildirib: “Şəhid mücahid Əymən əl-Həşləmunun işğalçı qüvvələrə qarşı işğal altındakı Qüdsün şimalındakı Qələndiya düşərgəsində həyata keçirdiyi əməliyyata qürurla baxırıq.”

O, bu hərəkətləri “Fələstin xalqının izzəti, qəzəbi və zülmə qarşı çıxmasının göstəricisi” adlandırıb və “yeni fələstinli” yaratmaq cəhdlərinin uğursuz olacağını deyib.

Əbu Ubeydə daha sonra Fələstin gənclərini Qərb Sahilinin müxtəlif bölgələrində İsrail qüvvələri və məskunlaşanlara qarşı mübarizəyə çağıraraq vurğulayıb: “İşğalçıların yeni reallıqları zorla qəbul etdirməsinə imkan vermək olmaz.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha