Qətərin ABŞ-Venesuela gizli danışıqlarındakı rolunun ifşası
Maçado post-Maduro ssenarisində yer almayıb!
Qətərli məlumatlı mənbələr CNN-ə bildiriblər ki, Qətərin vasitəçiliyi ilə ABŞ və Venesuela arasında aparılan gizli danışıqlarda Venesuela müxalifətinin lideri Maria Corina Machado-nun adı Nikolas Madurodan sonrakı dövr planlarında yer almayıb.
CNN-in iddiasına görə, Maduronun yanvarda həbs olunması ilə nəticələnən ABŞ hərbi əməliyyatından aylar əvvəl Amerika və Venesuela rəsmiləri Dohada hakimiyyət keçidi ssenarilərini müzakirə ediblər.
Lakin Qətər mənbəsinin sözlərinə görə, nə Vaşinqton, nə də Karakas Madurodan sonrakı hökumətdə Machado üçün rol nəzərdə tutmayıb.
Halbuki Machado son aylarda dəfələrlə ABŞ müdaxiləsini dəstəkləmiş və Maduro hökumətinin ən sərt tənqidçilərindən biri olmuşdu. Buna baxmayaraq, Donald Tramp Maduronun həbsindən sonra bildirib ki, Machado keçid dövrünə rəhbərlik etmək üçün Venesuela daxilində kifayət qədər dəstəyə malik deyil.
Fərqli baxış

