Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanının Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə görüşü
General Abdullahı Ali Rəhbər Müctəba Xamenei ilə görüşdə İran Silahlı Qüvvələrinin, o cümlədən ordu, SEPAH, hüquq-mühafizə, təhlükəsizlik və sərhəd qüvvələri, Müdafiə Nazirliyi və Bəsic qüvvələrinin hazırlıq səviyyəsi barədə hesabat təqdim edib.
O bildirib ki, İran silahlı qüvvələri döyüş ruhu, müdafiə və hücum hazırlığı, strateji planlar və lazım olan silah-sursat baxımından yüksək hazırlıq vəziyyətindədir və ABŞ-İsrail tərəfinin hər hansı strateji səhvi və ya hücumu olarsa, buna sürətli və güclü cavab veriləcək.
General Abdullahı silahlı qüvvələr adından Ali Baş Komandana tam itaətlə İranın milli maraqlarını, ərazi bütövlüyünü və xalqını son nəfəsədək müdafiə edəcəklərini bildirib.
Görüşdə Ayətullah Seyyid Müctəba Hüseyni Xamenei də silahlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirərək, əvvəlki göstərişlərin uğurlu nəticələr verdiyini və düşmənlərin məqsədlərini puça çıxardığını qeyd edib, həmçinin mübarizənin davamı üçün yeni göstərişlər verib.
Fərqli baxış

