Kateqoriyasız

Fransa: “Seçmədiyimiz müharibənin bədəlini ödəyirik”

hajiinfo

Fransa: “Seçmədiyimiz müharibənin bədəlini ödəyirik”

Fransanın xarici işlər naziri bu gün RTL radio-televiziya kanalına müsahibəsində Qərbi Asiya böhranı ilə bağlı iki sərt və zahirən ziddiyyətli mövqe səsləndirib.

O bildirib ki, Hörmüz boğazı açılmayana qədər İrana qarşı sanksiyaların ləğvi “tamamilə mümkünsüzdür”. Bununla yanaşı vurğulayıb ki, Fransa və Avropanın əsas diqqəti döyüş meydanındakı ani dəyişikliklərə deyil, onları başqalarının müharibələrinin xərcini ödəməyə məcbur edən asılılıqlardan qurtulmağa yönəlməlidir.

Barro ABŞ-ın sülh təklifinə İranın cavab verməsinin gözlənildiyi saatlardan əvvəl verdiyi müsahibədə deyib: “İran, yaxud ən azı İran rejimi, nüvə proqramı ilə bağlı addımlar qarşılığında ABŞ-dan sanksiyaların ləğvini istəyib. Amma tam aydın deməliyəm:

“Hörmüz qədər mühüm boğaz bağlı olduğu müddətdə İrana qarşı bircə sanksiyanın belə ləğvi müzakirə mövzusu deyil.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha