Çinin İsrail rejiminə sərt xəbərdarlığı
“Tayvan qırmızı xəttini keçməyin”
Fərqli baxış xəbər verir ki, Çinin İsraildəki səfirliyi dünən rəsmi şəkildə İsrail parlament heyətinin Tayvana səfərinə sərt reaksiya verib və bu addımı pisləyib.
Səfirliyin açıqlamasına görə, İsrail Knessetinin “Yesh Atid” partiyasından, Boaz Toporovski rəhbərliyində olan nümayəndə heyəti Tayvana səfər edib və Tayvan rəhbəri Lay Çinq-te ilə görüşüb.
Çin səfirliyi bu səfəri “təxribat xarakterli” və “vahid Çin” prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirib və bildirib ki, bu cür addımlar Çin–İsrail münasibətlərinin siyasi əsaslarına ciddi zərər vurur.
Pekin həmçinin Tayvan məsələsinin Çin üçün “qırmızı xətt” olduğunu vurğulayıb və İsrailin bu məsələdə müəyyən edilmiş sərhədləri keçməməli olduğunu bildirib. Səfirlik xəbərdarlıq edib ki, belə addımlar davam edərsə, İsrail bunun nəticələrini ödəyəcək.
Fərqli baxış

