Hizbullahın İsrail hərbçilərinə qarşı raket və pilotsuz aparat əməliyyatı
Hizbullah bildirib ki, müqavimət qüvvələri bu gün düşmən İsrail ordusunun hərbçilərinin və hərbi texnikasının “Əl-Biyazə” qəsəbəsi yaxınlığında toplaşdığı ərazini raketlərlə hədəfə alıb.
Həmçinin təşkilat Merkava tankının “Əl-Qavzah” qəsəbəsində kamikadze pilotsuz aparatla vurulduğunu və zərbənin birbaşa hədəfə dəydiyini açıqlayıb.
Digər əməliyyatda İsrail ordusuna məxsus Caterpillar D9 tipli hərbi buldozerin “Rəşaf” qəsəbəsində kamikadze pilotsuz aparatla vurulduğu və birbaşa zərbə aldığı bildirilib.
Hizbullah qeyd edib ki, bu əməliyyatlar Livanı və onun əhalisini müdafiə etmək, həmçinin İsrailin Cənubi Livanda kəndlərə hücumları, evlərin dağıdılması və mülki şəxslərin öldürülməsi və yaralanmasına cavab olaraq həyata keçirilib.
Fərqli baxış

