İran

📰 İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyaları yenidən qüvvəyə minib

hajiinfo

 

28 sentyabr 2025-dən etibarən dünya üzrə İranla bağlı sanksiya sistemi kəskin şəkildə dəyişib. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi (2015) çərçivəsində “snapback” mexanizmi işə salınıb və əvvəlki sanksiya qətnamələri yenidən qüvvəyə minib.

🔹 Bu qərarla məhdudiyyətlər artıq yalnız ABŞ və Aİ-nin birtərəfli addımları ilə məhdudlaşmır – bütün BMT üzv dövlətləri üçün məcburi olan qlobal sanksiyalar qüvvəyə minib. Onlara silah embarqosu, nüvə və raket fəaliyyətlərinə məhdudiyyətlər, viza qadağaları və aktivlərin dondurulması daxildir.

📌 Qərar 28 avqustda Böyük Britaniya, Fransa və Almaniya (E3) tərəfindən başladılan 30 günlük prosedurun nəticəsi olub. Onlar İranın 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini ciddi şəkildə pozduğunu və MAQATE-yə tam giriş imkanı vermədiyini əsas gətiriblər.

🇷🇺🇨🇳 Rusiya və Çin bu qərarın 6 ay təxirə salınmasını təklif etsə də, 26 sentyabrda keçirilən səsvermədə təşəbbüs uğursuzluğa düçar olub: 4 lehinə, 9 əleyhinə, 2 bitərəf.

⚖️ Beləliklə, 28 sentyabr 2025-dən etibarən İrana qarşı BMT-nin universal sanksiyaları rəsmən qüvvəyə minib.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha