Xərçəng hüceyrələrinin ağıllı İran nanodərmanı ilə məhv edilməsi
Fərqli baxış xəbər verir ki, Bir bilik əsaslı şirkətin mütəxəssisləri xərçəngə qarşı ağıllı dərman hazırlayıblar.
Bu dərman xüsusi xərçəng hüceyrələrini nanometr miqyasında dəqiqliklə tanıyıb məhv edə bilir, sağlam hüceyrələrə isə zərər vermir.
Tedroxtan adlı bu preparat Antibody–drug conjugate (ADC) texnologiyası əsasında hazırlanıb və kimyaterapiya dərmanlarının daha dəqiq hədəflənməsinə imkan verir.
Bu yanaşmada monoklonal anticisimlərdən istifadə olunur; məsələn, Trastuzumab kimi anticisimlər xüsusi olaraq HER2-pozitiv hüceyrələrə bağlanır. Bu tip hüceyrələr əsasən döş, mədə və ağciyər xərçənglərində müşahidə olunur.
Fərqli baxış

