İran

“ABŞ esmineslərinə kruiz raketləri ilə xəbərdarlıq atəşi açdıq”

hajiinfo

“ABŞ esmineslərinə kruiz raketləri ilə xəbərdarlıq atəşi açdıq”

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatına görə, ABŞ-a məxsus esmineslər bir neçə saat əvvəl Oman dənizində radarlarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa cəhd edib.

Daha sonra radarlarını yenidən aktivləşdirdikdə İran İslam Cümhuriyyəti Hərbi Dəniz Qüvvələri tərəfindən aşkar ediliblər və radio xəbərdarlığı ilə qarşılanıblar.

İran Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinin xəbərdarlığa məhəl qoymamasından sonra yenidən xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazına hər hansı giriş atəşkəsin pozulması sayılacaq və dəniz qüvvələrinin cavabı ilə qarşılanacaq.

Mənbəyə görə, ilkin xəbərdarlığa məhəl qoyulmamasından sonra İran Hərbi Dəniz Qüvvələri düşmən gəmilərinin yaxınlığında kruiz raketləri, raketlər və döyüş dronları ilə “xəbərdarlıq atəşi” açıb. Bildirilib ki, bu cür hərəkətlərin məsuliyyəti qarşı tərəfin üzərindədir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha