Gürcüstanda böyük pul yuyulması işində azərbaycanlılar azad buraxılıb!
Tbilisi Məhkəməsində 624 milyon dollar + 35 milyon avro məbləğində çirkli pulların leqallaşdırılması işi başlayıb.
Əsas ittiham olunan – gürcü iş adamı Kaxa Kotoraşvili həbsdə qalıb (növbəti iclas martın 19-na təyin olunub).
Prokurorluq iddia edir:
Azərbaycandan qaçaq yolla 59 milyard rubl gətirilib, dollar və avroya çevrilib, mənşəyi gizlədilib.
Amma iki azərbaycanlı (Gürcüstanda yaşayan) – onlardan biri Eldar Hüseynov – prokurorluqla danışıqlar əsasında təqsir etiraf edib, şərti cəza alıb və azadlığa buraxılıb. İşləri tamamlanıb.
Vəkil: Kotoraşvili yalnız adi valyuta dəyişmə ilə məşğul olub, heç bir cinayət qrupu olmayıb.
Fərqli baxış

