Kateqoriyasız

Avstraliyanın baş nazirinin iqamətgahına bomba təhdidi

hajiinfo

Avstraliyanın baş nazirinin iqamətgahına bomba təhdidi

Fərqli baxış xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanizi ötən gecə rəsmi iqamətgahı olan “Lodge” ətrafında bomba təhdidi alındığı üçün oranı tərk etməyə məcbur olub.

Təhlükəsizlik məqsədilə həyata keçirilən təxliyə, “Shen Yun” adlı Çin klassik rəqs və musiqi qrupuna qarşı göndərilən təhdid mesajları ilə əlaqələndirilir.

Qrupun təşkilatçılarına tamaşaların ləğv edilməsi tələbi ilə hədələyici e-məktublar göndərilib. Qrupun çıxış məkanı baş nazirin iqamətgahına yaxın ərazidə yerləşirdi.

Yerli təşkilatçılara göndərilən e-məktublarda baş nazirin iqamətgahı ətrafına partlayıcı maddələr yerləşdirildiyi iddia olunub və “Shen Yun”un çıxışları davam edəcəyi təqdirdə bu maddələrin partladılacağı bildirilib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha