İran və ABŞ danışıqları İraq və Oman xarici işlər nazirlərinin müzakirə mövzusu oldu
Fərqli baxış xəbər verir ki, İraqın xarici işlər naziri Füad Hüseyn və onun Omanlı həmkarı Bədər əl-Busəidi telefon danışığında hər iki tərəf üçün əhəmiyyətli olan müxtəlif regional məsələləri müzakirə ediblər.
Bu zəng zamanı əl-Busəidi iraqlı həmkarını İran və ABŞ arasında bu həftəsonu Omanın vasitəçiliyi ilə Cenevrədə keçiriləcək danışıqların detalları barədə məlumatlandırıb və vurğulayıb ki, bu danışıqların uğuru bölgədə savaş təhlükəsini aradan qaldıracaq və təhlükəsizlik və sabitliyi gücləndirəcək.
Həmçinin tərəflər, Küveyt hökumətinin İraqın xəritəsini BMT-yə təqdim etməsi ilə bağlı bəyanatı da müzakirə ediblər.
İraqın xarici işlər naziri qeyd edib ki, bu məsələ ilə bağlı olaraq 2014-cü ildə Küveyt hökuməti İraqla məsləhətləşmədən öz dəniz xəritələrini və başlanğıc xətlərini BMT-yə təqdim etmişdi.
Fərqli baxış

