Tramp kosmik varlıqlarla bağlı sənədlərin açıqlanmasını əmr etdi
Obama-nın kosmik varlıqların mövcudluğu ilə bağlı qalmaqallı açıqlamalarından sonra Tramp federal qurumlara UAP (Naməlum Hava Hadisələri), UFO və yadplanetli həyatla bağlı dövlət sənədlərinin müəyyənləşdirilməsi və yayımlanması prosesinə başlamağı əmr edib.
Tramp yazıb: “Göstərilən böyük marağa əsaslanaraq, Müdafiə Naziri və digər aidiyyəti nazirliklər və qurumlara yadplanetli və kosmik həyat, naməlum hava hadisələri (UAP) və naməlum uçan obyektlər (UFO) ilə bağlı dövlət sənədlərinin müəyyənləşdirilməsi və açıqlanması prosesini başlatmalarını əmr edəcəyəm”.
Fərqli baxış

