Ali Məqamlı Rəhbərin çıxışının ivritdilli mediada əks-sədası
Fərqli baxış xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti yazır:
“İran Rəhbəri bildirib: ABŞ-ın təyyarədaşıyan gəmi göndərdiyini eşidirik; bunlar təhlükəli vasitələrdir, lakin onları batıra bilən silah daha təhlükəlidir. ABŞ ordusu ağır zərbə alacaq, çünki ən güclü ordu belə dağıdıcı zərbələrə məruz qala bilər.”
İvritdilli haredi xəbər saytı JDN qeyd edib ki, İran Rəhbəri Trampın təhdidlərinə sərt cavab verərək ABŞ təyyarədaşıyanlarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib və deyib: 47 ildir İslam cümhuriyyətini məhv edə bilməmisiniz, bundan sonra da bacarmayacaqsınız.
14-cü kanalın saytı isə Trampın əxlaqi qalmaqalları ilə ABŞ rəhbərlik strukturunu ayırd edərək yazıb: İran Rəhbəri Trampa birbaşa mesajında “korrupsioner lider, sənin planın iflasa uğrayıb” deyib.
“Maariv” qəzeti vurğulayıb ki, bu çıxışla Tehran birbaşa ABŞ-ın təyyarədaşıyan şəbəkəsini hədələyib.
Fərqli baxış

