Hindistanlı yazıçı Berlin festivalından çıxdı
Qəzzə müharibəsi ilə bağlı qalmaqal!
Fərqli baxış xəbər verir ki, Hindistanlı tanınmış yazıçı və fəal Arundhati Roy, Berlin Film Festivalının münsiflər heyətinin Qəzzə müharibəsi və siyasətin sənətə təsiri barədə “qəbuledilməz” açıqlamalarına etiraz olaraq festivaldan imtina etdiyini açıqlayıb. Bu qərar Almaniya hökumətinin İsrailə dəstəyi və Fələstinlə həmrəylik səslərinin basdırılması ətrafında gərginliyi yenidən diqqət mərkəzinə gətirib.
Roy Hindistanın The Wire qəzetində yazdığı məqalədə bildirib ki, Berlinale münsiflərinin—o cümlədən tanınmış alman rejissor Wim Wendersin—“Sənət siyasi olmamalıdır” açıqlamaları onun üçün “şokedici” olub.
O qeyd edib ki, bu tip açıqlamalar əslində “bəşəriyyət əleyhinə cinayət barədə müzakirəni bağlamağın bir yoludur, həmin cinayət gözümüzün önündə baş verərkən”.
Roy əlavə edib ki, bu müharibə “ABŞ və Almaniya hökumətləri və bir neçə digər Avropa ölkəsi tərəfindən dəstəklənir və maliyyələşdirilir”, bu isə onları “bu cinayətdə tərəfdaş” edir.
Fərqli baxış

