Azərbaycanda müxalifəçi olmaq
Azərbaycanda ən asan və ən gəlirli peşə – siyasi şərh verməkdir!
Rahat şəkildə İranı lənətləyib İsraili göylərə qaldırırsan, arada bir boz qurd işarəsi tutub “milliyyətçi” qiyafəsinə girirsən, üstəlik bir də türk seriallarına baxmısansa – tamam, sən artıq “siyasi ekspert” oldun!
Klarnetçi Kamran Həsənli, maymaq Zaur Həsənli, şvabra Cahandar Bayoğlu, ekspertlik edən müğənnilər, sayı-hesabı olmayan “üzdəniraq” Toliklər – hamısı bu bazarda!
Bu axmaqlardan biri də Arif Hacılıdır. Özünü “müxalifətçi” adlandıran, Müsavat partiyasının başqanı olan bu adamın müxalifəti öz ölkəsini talayan, xalqı soyub-soyub yeyən rejimə qarşı DEYİL – yalnız və yalnız İrana qarşıdır! Çünki sifarişlə iş görürlər, pul oradan gəlir!
İndi gəlin mətləbə keçək. Arif Hacılı yazır:
“Azərbaycanda səfərdə olan İran XİN müavini Cəlalzadənin “İrana hücum olarsa müharibə sərhədləri aşacaq” bəyanatı ölkəmizə birbaşa təhdiddir!”
Bu bəyanatın Bakıda səslənməsi təsadüf deyil!
Türkiyə və Azərbaycanın hədəfə alınacağı barədə açıqlamalar digər İran rəsmiləri tərəfindən də səslənir!
Qlobal baxsaq, ABŞ, İsrail, Suriya, bəzi ərəb ölkələri kimi rəqibləri olan, dərin iqtisadi-siyasi böhranda boğulan, öz ərazisində 35 milyondan çox Azərbaycan türkünün yaşadığı bir ölkə Türkiyə və Azərbaycan kimi güclü qonşulara qarşı düşmənçilik siyasəti yürütməməlidir!
Amma daxili etirazlara qarşı tankla, güllə ilə 15 mindən çox vətəndaşını qətlə yetirən bir rejimdən məntiqli davranış gözləmək sadəlövhlükdür!
Belə görünür ki, İran teokratik rejimi də Rusiya hərbi-siyasi rejiminin və bizim hakimiyyətimizin “biz olmayacağıqsa, dünya da olmasın” məntiqi ilə davranır!
Hadisələr göstərir ki, Yaxın Şərq problemi 12 günlük müharibə ilə bitməyib – daha böyük qarşıdurmalar, kataklizmlər qabaqdadır!
İndi ilk növbədə Azərbaycan hakimiyyəti olmaqla, ərazisində 35 milyondan çox soydaşımızın yaşadığı, 765 km sərhədimiz olan qonşu dövlətdə baş verə biləcək hər ssenariyə hazır olmaq ən mühüm ümummilli məsələdir!
Cavab isə belədir:
Əvvəla, razıyam – İran XİN müavini Bakıda açıq-aşkar mesaj verib və bu mesaj Azərbaycan hakimiyyətinədir!
12 günlük müharibədə, İbrahim Rəisinin terrorunda Azərbaycanın əli olduğu hamıya məlumdur. İran indi ixtişaşlar zamanı Azərbaycandan gələ biləcək təhlükəni hesablayır və əvvəlcədən xəbərdarlıq edir: güzəşt olmayacaq!
Amma cənab Arif Hacılı “qlobal yanaşaraq” İranı iqtisadi böhranda ittiham edir, Azərbaycanı və Türkiyəni əlavə edib “nəticələri ağır olacaq” deyir.
Ay insan, iqtisadi böhranda ən çox bizim ölkəmizdir! Xalq borcun içində boğulur, işsizlik zirvədədir – sənin kimi “müxalifətçilər” bunları qaldırmaq əvəzinə İranın benzininin 6 qəpiyə qalxmasını dilə gətirirsən!
Hələ üstəlik “35 milyon Azərbaycan türkü” ilə təhdid edirsən – bu rəqəmi hardan çıxardın? Rəsmi rəqəmlər 15 milyon, uzağı 20 milyon! 35 milyon hardandır?!
12 günlük müharibədə Təbrizə hücumlar olduğu hamıya məlumdur. Oradakı Azərbaycanlılar özlərini İranlı sayır və çox az istisna ilə hökumətlərinə xəyanət etməzlər!
Bir də unutma: 200 il əvvəl Azərbaycan İranın tərkibində idi! İran bizi təhdid edə bilər, sən yox!
İran hakimiyyəti heç vaxt Azərbaycanlılara düşmənçilik etməyib – həmişə qardaş kimi baxıb. Bunu İrana gedib-gələn milyonlarla Azərbaycanlıdan soruş!
Amma Azərbaycan hakimiyyəti həmişə düşmənçilik edib – dindarları “İran agenti” adı ilə həbs edib, sərhədləri karantin bəhanəsi ilə bağlı saxlayıb! Sənin kimi “müxalifətçilər” də bunu dəstəkləyib, qəzetlərinizdə milyonlarla yazı çıxıb!
Biz Azərbaycan xalqı olaraq İranı qardaş, dindaş, məzhəbdaş bilirik – sizin kimi fitnəkarların ara qızışdırmasına heç vaxt yol verməyəcəyik!
28 yanvar 2026 – saxta “müxalifətçilər” hələ də İran düşmənçiliyi ilə millətçilik oynayır. Utancverici və iyrəncdir!
Əli Bərməki
Təhlil şöbəsi
Fərqli baxış

