İran

Gürcüstan ruhanilərindən Ali Məqamlı Rəhbərə dəstək: “İmam Xamenei cənablarına qarşı təhdidlərə qəti şəkildə “yox” deyərək etiraz edirik!”

hajiinfo

Gürcüstan ruhanilərindən Ali Məqamlı Rəhbərə dəstək: “İmam Xamenei cənablarına qarşı təhdidlərə qəti şəkildə “yox” deyərək etiraz edirik!”

Fərqli Baxış xəbər verir ki, Gürcüstanın şiə ruhaniləri qrupu, dünyanın ən böyük hegemon qüvvələrinin Ayətullah Xamneiyə yönəltdiyi terror və sui-qəsd təhdidlərini kəskin pisləyərək, tam və sarsılmaz dəstəklərini bəyan etdilər.

Bu, sadəcə bir şəxsə deyil, bütün İslam ümmətinin izzətinə və müqavimət ruhuna qarşı hücum kimi qiymətləndirilir!

Gürcüstan şiə ruhaniləri bəyanatlarında qeyd ediblər ki, həzrət Ayətullah uzma Xamenei bu gün İslam dünyasında ədalət, istiqlaliyyət və Quran-Əhli-Beyt yolunun canlı simvoludur.

Onun ABŞ və sionist İsrail başda olmaqla istismarçı qüvvələrə qarşı qorxmaz mövqeyi – xüsusilə də məzlum Fələstin və Qəzzə xalqının müdafiəsindəki qətiyyəti – haqq ilə batilin sərhədlərini bütün aydınlığı ilə göstərib.

Ruhanilər vurğulayıblar:

“Bu təhdidlər zalımların siyasi və mənəvi iflasının, müqavimət qarşısındakı acizliyinin açıq etirafıdır!

Tarix göstərib ki, ilahi yolda olan liderləri terrorla qorxutmaq mümkün deyil. Allahın vədi haqdır: “Zalımlar fitnə qururlar, amma Allah ən yaxşı tədbir görəndir.”

Çağırış da güclüdür: Bütün müsəlmanlar, alimlər, ruhanilər və azad vicdanlı insanlar susmamalı, İslam ümmətinin ali mənafeləri naminə birlik və həmrəylik nümayiş etdirməlidirlər.

Gürcüstan ruhaniləri üçün imam Xamneinin yanında durmaq sadəcə siyasi deyil, dini, əxlaqi və vicdani vəzifədir!

Sonda dua ilə bitiriblər: Allah-taala həzrət Xameneini Öz himayəsi altında qorusun, ümmətə birlik və bəsirət versin, zalımların fitnəsini öz başlarına qaytarsın və haqq cəbhəsini zəfərə çatdırsın.
28 yanvar 2026

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha