Tehranda məscidləri yandırmaq tapşırığı olan 2 münafiq həbs edildi
Fərqli baxış xəbər verir ki, İran Kəşfiyyat Nazirliyi bildirib:
“Tehranda iki münafiq ünsür həbs edilib; bu şəxslər Almaniyada yerləşən münafiqlər qrupunun əlaqələndiricisi tərəfindən ayrı‑ayrılıqda idarə olunurdular.
İstintaq sənədləri və şübhəlilərin etiraflarına əsasən, bu əməliyyatçı ünsürlər verilən göstərişə uyğun şəkildə “ev-qərargah” hazırlayaraq Tehranda yerləşiblər və Almaniyada olan əlaqələndirici onlara məscid yandırmaq və insanları başını kəsmək kimi tapşırıqlar verib.
Almaniyada yerləşən əməliyyat rəhbəri saxlanılan şəxslərə silah alınması, təhlükəsiz ev təmin edilməsi və silahlı fəaliyyət üçün lazım olan digər vasitələrə xərclənmək məqsədilə xeyli miqdarda kriptovalyuta göndərib.
Şübhəlilərdən müxtəlif növ soyuq silahlar, iki ədəd Kalaşnikov avtomatı, güllələr və xüsusi rabitə vasitələri ələ keçirilib.
Fərqli baxış

