Ənsarullah: Venesuelaya hücum ABŞ-ın şər mənbəyi olduğunu göstərdi
Ənsarullah hərəkatı rəsmi bəyanatında ABŞ-ın Venesuelaya hərbi hücumunu bu ölkə xalqına qarşı açıq və cinayətkar təcavüz adlandırıb, bunu Venesuelanın milli suverenliyinin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması kimi qiymətləndirib.
Bəyanatda qeyd olunub ki, ABŞ-ın son addımları — hərbi hücum, hava mühasirəsi, Venesuelaya məxsus neft tankerlərinin müsadirəsi və talanı — Vaşinqtonun zorakılıq səviyyəsini və cinayətlərinin miqyasını açıq şəkildə göstərir və xalqlara və onların resurslarına qarşı dağıdıcı siyasətinin daha bir nümunəsidir.
Ənsarullah vurğulayıb ki, ABŞ-ın Venesuelaya qarşı davranışı bu ölkənin dünyada şər, terrorizm və korrupsiyanın mənbəyi olduğunu bir daha sübut edir və ABŞ xarici siyasətində məqsədlərinə çatmaq üçün güc məntiqinə əsaslanır.
Fərqli Baxış

