Kateqoriyasız

Əli (ə) Əhməddir (s), Əhməd (s) də Əli (ə)…

hajiinfo

Əli (ə) Əhməddir (s), Əhməd (s) də Əli (ə)… #Təhlil

Bu məqaləyə bu adı verməkdə məqsədim Qurani-Kərimin Ali İmran surəsinin 61-ci ayəsinə dayanır. O ayə ki, Uca Allah orada Həzrət Əlini (ə), Peyğəmbərin (s) özü kimi təqdim edir…

O gün… Rəsul Əkrəm ﷺ xristian alimləri ilə mübahiləyə, qarşılıqlı lənətə çıxmağa hazırlaşarkən özü ilə kimləri aparır?

Qızı Fatiməni (sə)
Nəvələri Həsən (ə) və Hüseyni (ə)
Və Həzrət Əlini (ə)…

Ayə belə buyurur:

“Gəlin, biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq…”

Diqqət edin…

“Oğullar” – Həsən (ə) və Hüseyn (ə)

“Qadın” – Fatimə (sə)
“Özümüz” – Əli (ə)
Bu nə deməkdir? Bu o deməkdir ki, Allah Həzrət Əlini (ə), insanlığın ən üstünü olan Məhəmməd Peyğəmbərin (s) özü kimi tanıdır!

Yəni Peyğəmbərdə (ə) olan bütün fəzilətlər Əliyə (ə) nisbət verilir, bir fərqlə – peyğəmbərlik istisna olmaqla.

Necə ki, Peyğəmbər (s) özü buyurur: “Ya Əli! Sənin mənə nisbətin, Musa peyğəmbərin Haruna olan nisbəti kimidir, ancaq məndən sonra peyğəmbər olmayacaq.”

Bu gün elə bir şəxsiyyətin mövlududur ki, inanın, qələm aciz qalır onun haqqında danışmağa.

Uşaqlıqdan bu yana onun fəzilətlərini eşidirik və qəribəsi budur ki, hələ də hər gün yeni fəzilətlər eşidirik!

İlahi! Bir insan bu qədər üstünlüyü necə bir ömrə sığdırıb?! Bir düşünün…

Qərbli filosoflar
Tarixçilər
Yazıçılar
İnqilab rəhbərləri…
Hamısı Əlidən (ə) yazır, hamısı onu mədh etməkdən yorulmur! Hətta sünni məzhəbindən olan qardaşlarımız, baxmayaraq ki, bizi doğru məzhəb saymırlar, kitablarında Həzrət Əlinin (ə) fəzilətləri haqqında bizdən də çox hədis var!

Daha da təəccüblüsü bilirsiniz nədir? Özünə ateist deyən insanlar var ki, Əlini (ə) müqəddəs bilirlər…

İlahi, bu necə bir şəxsiyyətdir axı?!

70 ildən çox bütün müsəlman vilayətlərində lənətlənmiş, haqqında yaxşı söz demək qadağan edilmiş,
amma bu gün ən çox fəzilət deyilən şəxs yenə odur!

Düzdür, heç kim Əlini (ə) biz şiələr kimi sevə bilməz, çünki biz özümüzü ona nisbət veririk, onu öz məsum övladlarının dilindən tanıyırıq. Və bu, bizə nəsib olmuş ən böyük xoşbəxtlik tacıdır.

Biz fəxrlə deyirik:
Dünyanın ən üstün yerində – Kəbədə doğulan, Namazların ən üstünü – sübh namazında, Namazın ən üstün halında – səcdədə, Ölümlərin ən üstünü – şəhadətlə dünyadan köçən,
və 63 illik ömrünə ən ali əməlləri sığdıran bir şəxsə nisbətliyik!
Biz Əlinin şiəsiyik!

İlahi, bizə nəsib etdiyin bu ən böyük nemətə görə sənə sonsuz şükürlər olsun. Bu gün də onun nəslindən olan,
adı onun adı olan, ədaləti, vüqarı, dosta mərhəməti, gülərüzlülüyü və düşmənə qarşı sərtliyi ilə bizə Əlini (ə) xatırladan bir rəhbərin –
Seyyid Əlinin timsalında sədaqətimizi göstəririk.

Əlinin (ə) qurmaq istədiyi, amma şəraitin imkan vermədiyi ədalətli hökuməti Əli ətirli bir şəxsin quracaqı vaxtadək Seyyid Əlinin əmrində olacağımıza və kufəlilər kimi Əlini (ə) tənha qoymayacağımıza söz veririk…

İlahi, bizə bu yolda sabit qədəmlilik, səbr və aramlıq nəsib et!

Mövludunuz mübarək!

Sakit Məna
Təhlil şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha