Kateqoriyasız

Lukaşenko Putinə sui-qəsd planından danışdı

hajiinfo

Lukaşenko Putinə sui-qəsd planından danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Briks ölkələri liderlərinin Cənubi Afrikada keçirilən sammitindən əvvəl Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd ehtimalı barədə xəbərdarlıq edildiyini açıqlayıb.

Lukaşenko bildirib: “Kəşfiyyat xidmətlərimiz bizi xəbərdar etmişdi ki, Qərb ölkələrində gedən söhbət və şayiələr arasında belə bir məsələ də var – əgər Rusiya Prezidenti Briks sammitində iştirak üçün Cənubi Afrikaya səfər etsə, ona qarşı terror hərəkəti planlaşdırıla bilər”.

Belarus Prezidenti xatırladıb ki, o, Yohannesburq sammitindən əvvəl Putinin müharibə şəraitinə baxmayaraq səfər etmək niyyətində olduğunu öyrənmiş və bu səfərin təhlükəsizliyinə şübhə ilə yanaşmışdı. Lukaşenkonun sözlərinə görə, o, Putinə səfər zamanı ehtiyatlı olmağı tövsiyə etmiş və xəbərdarlıq etmişdi ki, Qərb ölkələri bu səfər zamanı ona təhlükə yarada bilər.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha