Kateqoriyasız

Qəzzə qaçqınları arasında leptospiroza xəstəliyinin yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq

hajiinfo

Qəzzədə tibbi yardım rəhbəri Dr. Bəsam Zəqut yeni bir yoluxucu xəstəlik olan “leptospiroza”nın yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Onun dediyinə görə, bu xəstəlik siçanların və digər gəmiricilərin sidiyi vasitəsilə yayılır və onlar qaçqın çadırları arasında geniş yayılıb.

Zəqut xəstəliyin yayılmasının, gəmiricilərin nəcislə çirklənmiş daşqın sularının dəridəki yara ilə təmasda olması nəticəsində baş verdiyini izah edib; bu, xüsusilə su yığılmış ərazilərdə oynayan yalınayaq uşaqları təhdid edir.

O əlavə edib ki, Qəzzədə laboratoriya imkanlarının olmaması səbəbindən, xəstəliyə yoluxmuş şəxslərin nümunələri Ümumdünya Səhiyyə Təşkilatının koordinasiyası ilə Qəzzə zolağından kənara göndərilib.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha